Göygöldə "KaMAZ" "Jiquli" ilə toqquşdu, ölən var
Göygöl rayonunda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
“KAMAZ” markalı avtomobillə “VAZ 2107” markalı mink maşınının toqquşması nəticəsində “VAZ”ın sürücüsü Göygöl sakini, 1979-cu il təvəllüdlü Quliyev Qismət Məhəmməd oğlu hadisə yerində ölüb. Sürücünün meyiti deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.