Belçikada terror aktı törədilə bilər, təhlükəsizlik maksimum səviyyəyə qaldırıldı
Belçika hökuməti ölkə tarixində ilk dəfə olaraq paytaxtda terror təhlükəsi səviyyəsini maksimuma qaldırıb. APA TV-nin məlumatına görə, bu, ölkədə terror təhlükəsinin real və qarşısı alınmaz olduğu anlamına gəlir. Ölkənin digər ərazilərində isə terror təhlükəsinin səviyyəsi üçüncü dərəcədə saxlanılıb. Hökumət Brüseel sakinlərini kütləvi tədbirlərdə iştirakdan və insanların çox toplaşdığı ərazilərə getməkdən çəkinməyə çağırıb. Bundan başqa təhlükəsizlik qüvvələri əməkdaşlarının fəaliyyətinə mane olmamaq və rəsmi təsdiqlənməyən xəbərlər yaymamaq tövsiyə olunub.
Qeyd edək ki, noyabrın 19-dan etibarən Belçikada Məhəmməd Xalidin - Parisdə törədilnə terror aktlarında istifadə olunmuş şəhid qurşaqlarını hazırlayan şəxsin axtarışlarına başlanılıb.