Bazar gününün HAVA PROQNOZU

Bazar günü Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  7-9 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz  13-18 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  9-14 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv