Oğurluğa görə saxlanılan şəxs: "Narkotikim qurtarmışdı, oğurlayıb, dərman aldım"
Sumqayıtda narkotik vasitələrin aludəçisi olan şəxs oğurluq edib. APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları oğurluq maddəsi ilə axtarışda olan 32 yaşlı Samir Qardaşbəy oğlu Osmanovu yaxalayıblar. İstintaqa təhvil verilən Samir Osmanov ifadəsində üç mağazadan və bir mənzildən oğurluq etdiyini boynuna alıb.
"Təmir gedən ev idi. Gördüm ki, içəridə heç kim yoxdur. Girdim içəri, mis filan vardı. Aparıb satdım".
Oğurluq yolları ilə qazanılan pullar narkotik vasitələr almaq üçün xərclənib. Saxlanan şəxsin sözlərinə görə, narkotik vasitədən istifadə etmədikdə gün özünü narahat hiss edir.
"Bəladır da, nə bilim. Allah hamının köməyi olsun. Narkotik tərkibli dərmanlar olub. Tələbatımı ödəmək üçün məcbur olub istifadə edirdim".
Hazırda polis əməkdaşları əvvəllər məhkum olunmuş şəxsin əhatə dairəsini müəyyənləşdirməklə məşğuldur. Bu şəxsin daha çox oğurluq hadisəsində iştirak etdiyi istisna olunmur. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.