Baltikyanı ölkələr İŞİD-ə qarşı koalisiyada iştirakdan imtina etdi - RUSİYA FAKTORU
Baltikyanı ölkələr İŞİD-ə qarşı antiterror koalisiyasında iştirakdan imtina ediblər. Buna səbəb koalisiyada Rusiyanın təmsil olunmasıdır. Latviya, Litva və Estoniya liderləri bildiriblər ki, onlar hətta İŞİD kimi təhlükənin aradan qaldırılması üçün belə Rusiya ilə əməkdaşlıqdan imtina edəcəklər.
Litva prezidenti Darya Qribauskayte öz qərarını Rusiyanın Ukrayna və Gürcüstana qarşı hərbi əməliyyatlar aparması ilə əsaslandırıb. Latviyanın prezidenti Raymonds Veyonis isə bildirib ki, Avropa İttifaqının cənub sərhədlərində böhran vəziyyəti diqqəti Ukraynadan ayırmamalıdır. "Terrorçularla mübarizə və Suriya münaqişəsinin həlli Ukraynanın unudulması hesabına aparılmamalıdır".
Estoniya prezidenti Toomas Hendrik isə Rusiyanı təcavüzkar ölkə adlandıraraq, bu ölkə ilə birlikdə hansısa ittifaqda təmsil olunmayacaqlarını deyib. Hər üç prezident Avropa İttfaqını Rusiya ilə sərhədləri möhkəmləndirməyə çağırıblar.