Mirmehdi Ağaoğlunun kitabının imza mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gənc yazar Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə" romanının imza günü keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə yazarın qələm dostları və oxucular iştirak ediblər. Kitabın yaranma ideyası haqqında danışan müəllif bildirib ki, kitabda əyalətdən Bakıya köçmüş bir ailənin yaşadığı tragikomik hadisələrdən danışılır:

 

"Onlar kredit problemlərini həll etmək üçün bir tragikomik situasiyaya düşürlər. Bu situasiyadan necə çıxırlar: uğurla, yoxsa itirərək və ya planlaşdırdıqları ideyanı həyata keçirərək? Bunu bilmək üçün oxucu gərək kitabı oxusun"

 

Qeyd edək ki, sözü gedən kitab Mirmehdi Ağaoğlu nəşr olunmuş sayca üçüncü kitabıdır. Oxucular kitabı şəhərimizin kitab satışı mağazalarından əldə edə bilərlər. 

Müəllif | Apa.Tv
Apa.tv