Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçildi
Yeni tərkibli Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə keçirilib.
APA TV-nin xəbərinə görə, iclasa Dəniz Baykal sədrlik edib.
Spikerliyə Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) namizədlərini irəli sürüb.
Birinci və ikinci turda namizədlərdən heç biri 367-dən çox deputatın səsini qazana bilməyib və üçüncü tur elan edilib. Bu turda namizədlərdən hər hansı biri spiker seçilmək üçün 276 səs toplamalıydı.
Türkiyə parlamentinin yeni sədrinin adı üçüncü turda məlum olub. Səsvermədə Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi qalib gəlib. AKP-nin parlamentə İstanbuldan seçilmiş deputatı İsmayıl Kahraman parlamentin yeni spikeri olub. O, 316 səs toplayıb.
Qeyd edək ki, TBMM sədrliyinə parlamentdə təmsil olunan CHP-dən Gülsün Bilgehan, MHP-dən Yusuf Halaçoğlu, HDP-dən Dengir Mir Mehmet Fırat da namizəd idi.