Şəmkirdə "Jiquli" "KamAZ"la toqquşdu: 1 ölü, 2 yaralı

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, “KamAZ” markalı maşınla “VAZ-21011”-in toqquşması nəticəsində “VAZ”-ın sərnişini, Düyərli kənd sakini, 56 yaşlı Rafiq Nağıyev hadisə yerində ölüb.

 

Onun həyat yoldaşı, 43 yaşlı Sevinc Nağıyeva və həmkəndlisi, 48 yaşlı İxtiyar Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv