Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları noyabrın 20-ə nisbətən manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0511 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən həftəyə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1, 1156 manatdır.
Rusiya rublu isə bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manat 30 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.