Zibillikdən insan başı tapıldı
Türkiyənin Uşak şəhərində zibil qutusundan insan başı tapılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, təmizlik işçiləri axşam saatlarında iş başında olarkən zibil qutularının birindən insana aid olan baş skeleti tapıblar. Onlar bu barədə polisə məlumat veriblər.
Polis digər zibil qutularında olan kisələrin içində digər insan sümüklərinin ola bilməsindən şübhələnərək onları yerə boşaldaraq axtarış edib. Baş skeletinin ora necə və kim tərəfindən atıldığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma gedir.