Türkmənlərdən dünyaya mesaj: "Həddinizi bilin!"
Qurudan Əsəd, havadan isə Rusiya bombardmanlarına qarşı mübarizə aparan Türkmən dağındakı türkmənlər dünyaya mesaj yollayıb.
APA TV-nin xəbərinə görə, Bayırbucaq türkmənləri adından danışan diviziya komandirinin köməkçisi Alparslan Çelik "Türkmən dağı təslim oldu" xəbərlərinin yalan olduğunu bildirib.
Alparslan Çelik qeyd edib ki, Türkmən dağı təslim olmayacaq: "Türkmənlər son damla qanlarına kimi vuruşacaqlar. Bayırbucaq Türkmən yurdu olaraq qalacaq".