Tovuzda mağaza yandı

Tovuzda yanğın hadisəsi qeydə alınıb. Bu barədə məlumatı APA TV-nın qərb bürosuna Tovuz rayon Yanğından Mühafizə Hissəsindən veriblər. Ötən gecə Tovuz rayonun mərkəzində, Eldəniz Quliyev küçəsində rayon sakini Məhəmməd Zeynalova məxsus mağazada yanğın olub. Saat təxminən 22.00 radələrində başlayan alovla mübarizəyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Təxminən 30 dəqiqə davam edən yanğın zamanı mağazanın 40 kvadrat metr sahəsi yanaraq kül olub. Yanğın söndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri və mağaza sahibinə dəymiş ziyan araşdırılır.

 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli