Türkiyədə partiya liderini öldürmək istədilər

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşa qarşı sui-qəsd cəhdi olub.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, onun avtomobili Diyarbəkir şəhərində naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

Hadisəni törədənlər məhz Dəmirtaşı hədəfə alıblar, çünki güllələr məhz onun əyləşdiyi səmtə yönəlib. Avtomobil zirehli olduğundan, partiya lideri xəsarət almayıb.


Səlahəddin Dəmirtaş baş verən hadisəyə soyuqqanlı münasibət bildirib. O, öz Twitter səhifəsində qeyd edib ki, ölümü yalnız Allah göndərə bilər.


Xatırladaq ki, HDP əsasən Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nı dəstəkləyən siyasi qurumdur.

Müəllif | Apa.Tv
Apa.tv