Rusiyalı politoloq: “Azərbaycan prezidenti İŞİD-ə qarşı real mübarizədə maraqlıdır”

"Azərbaycan prezidenti İlham Əliyev obyektiv surətdə İŞİD terror qruplaşması ilə real mübarizədə maraqlıdır". APA TV-nin xəbərinə görə, bu fikirləri Vesti.az-a açıqlamasında rusiyalı politoloq, "Pressa" KİV Fondunun analitik şöbəsinin müdiri İqor Dmitriyev səsləndirib.

 

Onun sözlərinə görə, məsələ yalnız Qərb koalisiyasının tərkibində Suriya müharibəsində iştirak edən Türkiyə tərəfindən atılan addımların təkrarlanmasında deyil.

"Hələ ötən il İŞİD-in "xarici işlər naziri" Əbdül Vahid Xudayar Əhməd bu qruplaşma tərkibindəki azərbaycanlılardan ibarət bölüklərin komandirlərini hədsiz "qərbmeylli" Azərbaycan hökumətini devirməyə, Abşeron və Xəzər dənizindən çıxarılan neftin "islam dünyasının xilasına xidmət etməsi üçün" addımlar atmağa çağırmışdı".

Dmitriyevin qənaətinə görə, Azərbaycan birmənalı olaraq dünyanın lider dövlətləri arasında yer aldığından, rəsmi Bakı tez bir zamanda özünün buradakı mövqeyini möhkəmləndirməlidir.

"Rəsmi Bakının hazırkı vəziyyətdə Qarabağ məsələsində irəliləyişə nail olması yerinə düşərdi, lakin, Qərb hazırda bu məsələyə zaman ayırmağa qadir deyil", deyə, İqor Dmitriyev əlavə edib. 

Müəllif | Apa.Tv
Apa.tv