İSESCO-nun baş direktoru: “İslam dini terror aktlarına görә mәsuliyyәt daşımır”

“İslam dini cinayәtkarların hәyata keçirdiyi terror aktlarına görә mәsuliyyәt daşımır”. APA TV-nin xəbərinə görə, bu sözlәri İSESCO-nun baş direktoru Әbdülәziz Osman әt-Tüveycri Bakıda jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, cinayәtkarlıq heç bir dinlә vә mәdәniyyәtlә әlaqәli deyil: "Bütün mәdәniyyәt vә cәmiyyәtlәrdә cinayәtkarlar var. Biz buddistlәrin buddizmә qarşı, xristianların xristianlara qarşı törәtdiyi cinayәtlәri dinlә bağlaya bilmәrik. Müәyyәn müsәlmanların İslama qarşı terror aktları vә cinayәtlәri dә dinlə əlaqələndirilə bilmәz. Bu, әdalәtli, obyektiv deyil. İslam sülh, tolerantlıq vә müxtәlifliklәrә hörmәt dinidir. Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr İslam demək deyil. Parisdә baş verәn terror aktlarını pislәyirik. Necә ki, Yәmәndә, Suriyada, İraqda baş verәn terror aktlarını da qınayırıq. Terror terrordur vә bunun dinlә heç bir әlaqәsi yoxdur". 

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında çıxışında bildirib ki, İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub. O, 2017-ci ildə Bakıda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarının İslam ümmətinin gələcəyi, sağlamlığı naminə mühüm tədbir olacağını vurğulayıb.

 

ISESCO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveycri deyib isə deyib ki, ISESCO ilə Azərbaycan arasında sıx və məhsuldar əlaqələr təşəkkül tapıb. İSESCO-nun baş konfransının Bakıda keçirilməsi təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir.

 

ISESCO-nun baş direktoru müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb. O bildirib ki, ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova