Ermənistan-Türkiyə münasibətləri Avropa Parlamentində müzakirə olundu

Ermənistan-Türkiyə protokollarının imzalanmasından 4 il sonra Ermənistan-Türkiyə münasibətləri və iki ölkə arasında sərhədlərin açılması məsələsi Avropa Parlamentində yenidən müzakirəyə çıxarılıb. Avropalı parlamentarilər bu dəfə türkiyəli jurnalist Çingiz Aktar və erməni politoloq Riçard Kirakosyanın protokolların masa üzərinə qaytarmaq və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırmaq imkanları barədə çıxışlarını dinləyib.  

 

APA TV-nin məlumatına görə, türkiyəli jurnalist Azərbaycan faktorunun Türkiyədə hələ də böyük rol oynadığını qeyd edib. Aktar yaxınlarda işə salınacaq İrəvan-Van aviareysinin ləğv olunmasını xatırladaraq deyib ki, Ermənistanla münasibətlərə dair bütün məsələlər dərhal Azərbaycan tərəfindən təzyiqlə üzləşir: "Azərbaycanlıların mövqeyi bu məsələdə tam aydındır: Dağlıq Qarabağ geri qaytarılmayınca Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmamalıdır".

 

Türkiyənin Avropa Birliyindəki nümayəndəsi Selim Yenel isə “Azadlıq" radiosuna deyib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində konkret addımlar atmalıdır.

 

 

Müəllif | Apa.Tv