"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi bəlli olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mustafa Dənizli üçüncü dəfə komanadaya rəhbərlik edəcək.

 

Sarı-qırmızılılar təcrübəli məşqçi ilə ilyarımlıq müqavilə imzalayıb. Mustafa Dənizlinin öz işinə həftə sonu baş tutacaq "Qalatasaray" - "Kasımpaşa" matçı ilə başlayacaq.

 

"Qalatasaray"ın çərşənbə günü "Atletico Madrid" ilə görüşündə isə komandanın başında bir zamanlar klubun qapısını qoruyan braziliyalı Taffarel olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv