Dollar və rubl ucuzlaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0510 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən həftəyə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1171 manatdır.
Rusiya rublu isə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 90 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.