Borclu olan şəxs: "Uçastkovı" deyib mənimlə şöbəyə gedək, demişəm baş üstə..."
Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək bildirib ki, tanışı Zal İsmayılov ona 15 000 min manat pul borcludur. Verilən borc vaxtında qaytarılmadığından, borcu verən şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli olub.
APA TV-nin xəbərinə görə, 47 yaşlı Zal İsmayılov saxlanılaraq polis idarəsinə gətirilib. O, borc aldığını təsdiqləyib, amma gizlənmədiyini, evində olduğunu bildirib: "Məni polisə çağırıblar, gəlib izahat verib getmişəm. Bütün günü Xırdalanda olmuşam, işimin-gücümün dalınca getmişəm. Evdə qonaqlarım var idi. Axşam evdə çörək yediyimiz yerdə qapı döyülüb. Bir də baxmışam ki, "uçastkovı". Deyib mənimlə şöbəyə gedək, demişəm baş üstə. Heç bilməmişəm ki, bu işə görə gətirirlər".
Zal İsmayılov tanışından pulu notarius vasitəsilə aldığını və borc müddətinin bu ilin sonunda bitəcəyini deyib: "Borc almışam, notariusda da müqaviləmiz var. Bu ilin oktyabrında almışam, ay yarım əvvəl. Notariusda iki aylıq müqavilə bağlamışıq. Müqavilənin vaxtı dekabrın axırına qədərdir. Gəlib şikayət eləyib ki, pulu qaytarmıram. Hələ dekabrın axırında qaytarmalıyam".
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.