Türkiyə-Suriya sərhədində hərbi təyyarə vuruldu
Türkiyə-Suriya sərhədində hərbi təyyarə qəzaya uğrayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, təyyarənin hansı ölkəyə məxsus olduğu hələlik bəlli deyil. İki pilotun paraşütlə atılaraq xilas olduğu deyilir.
Təyyarə Türkiyənin Yayladağı qəsəbəsinə yaxın bir ərazidə, Suriyanın Yamadi kəndində türkmənlərin sığındığı çadırların üzərinə düşüb.
Türkmən mənbələri təyyarənin vurulduğunu, təyyarənin havada alovlandığını gördüklərini iddia edirlər. Bölgə əhalisi isə təyyarəni türk qırıcılarının vurduğunu deyirlər.
Xatırladaq ki, Türkiyə Rusiya təyyarələrinin Suriyada əməliyyatları zamanı ölkənin hava məkanını pozduqları barədə Moskvaya nota verib və qarşılıq veriləcəyi ilə bağlı xəbərdarlıq edib.