Misirdə Rusiya təyyarəsinin partladıldığı ərazidə daha bir terror: ölənlər var
Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərində iki partlayış törədilib. APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumatına görə, 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Terror aktları mehmanxanaların birinin yaxınlığında törədilib. Avtomobildə quraşdırılmış qurğular işə salınıb. Partlayışın gücündən avtomobil havaya qalxıb. Həmin vaxt Misirdə keçirilən parlament seçkilərinin 2-ci turunun nəticələri ilə bağlı ölkəyə gələn müşahidəçilər hoteldə olublar. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Xatırladaq ki, Əl-Əriş bu yaxınlarda Rusiya təyyarəsinin partladıldığı ərazidən bir neçə kilometr aralıda yerləşir.