Gələn həftədən "Jurnalistlər binası"ndakı mənzillərə çıxarışlar veriləcək

"Jurnalistlər binası"ndakı mənzillərə çıxarışların verilməsinə gələn həftədən başlanacaq.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

 

"Müvafiq sənədlər hazırlanacaq və "Kütləvi çıxarış" kampaniyası çərçivəsində çıxarışların verilməsinə başlanacaq. Bildiyiniz kimi, bu kampaniya ölkənin bütün regionlarını əhatə edir, hazırda isə proses Bakı rayonlarında gedir", - deyə R. Cəlilov bildirib.

Müəllif | Apa.Tv
Apa.tv