Vurulan Rusiya təyyarəsinin pilotu türkmənlərin əlinə keçdi

Türkiyə hava məkanını pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.

 

APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığından hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlanıb. Vurulan təyyarənin "Su-24" tipli hərbi təyyarə olduğu bildirilib.

 

Rusiya Müdafiə Nazirliyi də Suriyada Su-24 təyyarəsinin vurulması faktını təsdiqləyib. “Təyyarə 6 min metr hündürlükdə olub. Güman ki, "Su-24" yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya hava məkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb. Hazırda təyyarə pilotlarının harada olduğu müəyyənləşdirilir”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

 

Paraşütlə atılaraq xilas olan pilotlardan biri Suriyada türkmən bölgəsi olan Bayır-Bucaq türkmənləri tərəfindən əsir alındığı bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv