Putin: “Təyyarəmizi Türkiyə qırıcısı vurub və bunun əvəzi ağır olacaq”
“Suriyada Rusiyanın “SU-24” bombardman təyyarəsinin vurulması Moskva ilə Ankaranın münasibətlərinə ciddi təsir göstərəcək”. APA TV-nin xəbərinə görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Onun sözlərinə görə, Rusiya bu cür özbaşınalığa dözə bilməz: “Biz bu gün belə cinayətlərin törədilməsinə dözə bilmərik. Rusiya təyyarəsinin vurulması - terrorçuların əlaltılarının kürəyimizə arxadan vurduğu zərbədir”.
Vladimir Putin Rusiya təyyarəsinin Suriya ərazisində vurulduğunu deyib: “Təyyarəmiz Suriya ərazisində Türkiyənin “F-16” qırıcısından atılan “Hava-Hava” tipli raketlə vurulub”.
Rusiya prezidenti Türkiyəni İŞİD-in neft biznesinə şərik olmaqda günahlandırıb: “Biz uzun müddətdir ki, İŞİD-ə məxsus neft daşıyan maşınların Türkiyə ərazisində konkret məntəqələrdə toplandığını görürük. Bundan başqa, Türkiyə terrorçuların maliyyələşdirilməsi üçün əsas məntəqələrdən biridir”.