Suriyada Rusiya helikopteri də vuruldu - HADİSƏ YERİNDƏN
Suriyada Rusiyaya məxsus helikopter vurulub. APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Komitəsi məlumat yayıb.
Agentliyin əməkdaşına sözügedən helikopterin tank əleyhinə silahdan açılan atəş nəticəsində vurulduğu bildirilib. Hadisə barəsində əlavə məlumat verilməyib.