ABŞ rəsmisi: "Dağlıq Qarabağ danışıqlarında daha çox irәlilәyiş görmәk istәyirik"

"ABŞ Dağlıq Qarabağı müstәqil vә suveren qurum kimi tanımır". APA-nın məlumatına görə, bunu ABŞ Dövlәt Departamenti Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru Alina Ramanovski deyib.

 

O bildirib ki, Dağlıq Qarabağın son statusu beynәlxalq müstәvidә vә ATӘT-in Minsk qrupunun apardığı danışıqlar prosesinin subyektidir.

 

"ABŞ Dövlәt Departamentinin son yardımları həmin ərazidə sırf minalardan tәmizlәmә işləri üçün ayrılıb, bu, minalar tәmizlәnәnә qədər davam edәcәk. Bu vasitәlәr layihә ixracı ilә mәşğul olan şirkәtlәrә tәqdim edilir, oradakı de-fakto rәhbәrliyә verilmir", - deyə ABŞ rəsmisi vurğulayıb.

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Bridcet Brink isə deyib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişәsi ilә bağlı danışıqlar prosesindә daha çox irәlilәyiş görmәk istәyir: "Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik".

 

O, Minsk qrupunun kifayәt qәdәr aktiv qrup olduğunu qeyd edib: "Bizim qrupdakı sәfirimiz Ceyms Uorlik dә münaqişәnin sülh yolu ilә hәllində maraqlıdır vә aktivlik göstәrir. Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik. Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin - Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin, ABŞ-ın maraqlarındadır. ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir".

Müəllif | Apa.Tv
Apa.tv