Dollar ucuzlaşır, avro bahalaşır - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0509 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda isə ötən günə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1198 manatdır.
Rusiya rublu da bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.