Tunisdə dəhşətli terror: prezident mühafizəçiləri öldürüldü

Tunisdə avtobusun partladılması nəticəsində 12 nəfər həlak olub, 17 nəfər yaralanıb.

 

APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, hərbçiləri daşıyan avtobusda prezident mühafizəsinin əməkdaşları da olub. Partlayış ölkə paytaxtının mərkəzində, nəqliyyatın sıx olduğu ərazidə, Turizm və Daxili İşlər Nazirliyinin binalarının yaxınlığında törədilib.

Ehtimala görə, avtobusun yanında hərəkət edən avtomobildə terrorçu-kamikadze qurğunu işə salıb.


Tunis prezidenti Beci Kaid əs-Sebsi terror aktından dərhal sonra ölkədə 30 günlük fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı göstəriş verib. Axşam saat 9-dan səhər saat 5-ə qədər isə paytaxtda komendant saatı tətbiq ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv