Sabah Bakıda 18 dərəcə isti olacaq

Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub-qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8 isti, gündüz 11-16 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv