Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini təyin olundu
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub.
Nazirlikdən APA-ya verilən məlumata görə, Ramin Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edir.
Bundan öncə Ramin Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub.
Bunadək nazirin I müavini vəzifəsini tutan İltimas Məmmədova müavin vəzifəsi həvalə olunub.