Şoyqu: "Suriyada vurulan təyyarənin sağ qalan pilotu xilas edilib"

Rusiya Suriyada vurulan Su-24 qırıcı təyyarəsinin sağ qalan pilotunu xilas edib.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzəsində bildirib.


Nazir Suriyada vurulan Su-24 qırıcısının sağ qalan pilotunun xilas edilməsi məqsədilə keçirilən əməliyyatın uğurla nəticələndiyini söyləyib. S.Şoyqu xilas olunan pilotun hərbi bazaya çatdırıldığını qeyd edib.  

 

Öz növbəsində Vladimir Putin Nijnı Tagil şəhərində jurnalistlərə açıqlamasında deyib ki. Rusiya özünün Suriyadakı hərbi bazasına “S-300” zenit-raket kompleksi göndərəcək. O, Türkiyə rəhbərliyinin “İŞİD” terror təşkilatını dəstəklədiyini də iddia edib.

Müəllif | Apa.Tv
Apa.tv