Rusiyalı pilot belə xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Suriya sərhədində Türkiyə qırıcıları tərəfindən vurulan Rusiya təyyarəsinin pilotlarının xilasedilmə əməliyyatından görüntülər yayılıb.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, hadisə yerinə Suriya hökumət qüvvələri və Rusiya aviasiyasına məxsus helikopterlər cəlb ediliblər.
Helikopterlər havada olarkən onlara yerdən atəş açılıb, nəticədə bir rus hərbçisinin öldüyü bildirilir.
Bu arada Rusiya prezidenti Vladimir Putin "SU-24" təyyarəsinin ölən komandirinə Rusiyanın Milli Qəhrəmanı adı verildiyini açıqlayıb. Putin xilas edilən digər pilotun və xilasetmə əməliyyatı zamanı öldürülən hərbçinin də təltif olunacaqlarını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, Rusiya helikopterinə yerdən atəş açanlar İŞİD-çilər olub.