Moskvada Türkiyə səfirliyinə hücum oldu - HADİSƏ YERİNDƏN
Türkiyənin Moskvadakı səfirliyinə hücum olub. APA TV-nin Lenta.ru-ya istinadən məlumatına görə, hücum edən şəxslər tərəfindən səfirlik binası daşqalaq edilib, şüşələri sındırılıb.
Hazırda polis səfirlik önündə gücləndirilmiş rejimdə növbə çəkir. Hadisə yerindən verilən məlumata görə, bina qarşısında hələ də bir neçə şübhəli şəxs dayanıb.
Qeyd edək ki, ötən gün səfirlik qarşısında Rusiyanın "Su-24" hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasına etiraz olaraq aksiya keçirilmişdi.