Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

 

APA TV-nin məlumatına görə, Əbdüləziz Osman əl-Tuveycri İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan İSESCO-nun baş direktoru paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

 

İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb.

 

Görüşdə Azərbaycanla İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv