Heydər Əsədov: "Sərhəddə 140-dək vaqonun boşaldılmasında problem yaranıb"

“Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlə bağlı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla rusiyalı həmkarı Dmitri Rozoqin arasında telefon danışığı olub”.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 

Onun sözlərinə görə, sərhəddə 140-dək vaqonun boşaldılmasında problem yaranıb: “Biz bu məsələ ilə intensiv şəkildə, ayrı-ayrı nazirliklər və hökumət səviyyəsində məşğuluq. Problemin yaranmasına Azərbaycan tərəfi səbəb olmayıb. Dünən baş nazirin birinci müavini Yaqub Eyyubovun yanında bu məsələ ilə bağlı  toplantı olub. Yaqub Eyyubovla rusiyalı həmkarı Dmitri Rozoqin arasında telefon danışığı olub. Dmitri Roqozin də söz verdi ki, qısa müddət ərzində məsələ araşdırılacaq və öz müsbət həllini tapacaq”.

 

Vəli Turan

Mais Allahverdiyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv