Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul etdi
Ədliyyə naziri Fikrət Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı nazir Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib.
Gün ərzində ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti qurumların məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.