İmişlidə mənzillərin qənimi tutuldu
İmişlidə evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, oğurluq faktı noyabrın 9-da İmişli şəhərinin Meliorator qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Pərviz Allahverdiyev İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, evində oğurluq törədildiyini bildirilib. Daxil olan müraciət əsasında əməliyyat tədbirlərinə başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Meliorator qəsəbə sakini Tuqay Ağəli oğlu Cahangirov isti izlərlə saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İmişli şəhərində törətdiyi digər oğurluqların üstü açılıb. Belə ki, Tuqayın iyun ayında İmişli sakini Abdullayev Elman Madər oğlunun evindən 2000 manat dəyərində qızıl zinət əşyaları, həmçinin 50 manat pul oğurladığı ortaya çıxıb. Bununla yanaşı, Tuqay oktyabr ayında da Əsgərova Təranə Ceyhun qızına məxsus mənzilin boş olduğunu bilib, oradan da müxtəlif ev əşyalarını oğurlayıb.
Qeyd edək ki, saxlanılan şəxsin daha əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə də məhkumluq həyatı yaşadığı bildirilir.