Azərbaycanın 6 səfir və 2 baş konsulu geri çağırıldı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan bir sıra diplomatik nümayəndəliklərinin rəhbərlərinin geri çağırılması haqqında sərəncamlar imzalayıb. APA TV-nin məlumatına görə, aşağıdakı şəxslər tutduqları vəzifələrdən geri çağırılıblar:

 

  1. Tofiq Zülfüqarov – Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri
  2. Elxan Qəhrəmanov - Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində səfiri
  3. Məmməd Əhmədzadə - Azərbaycanın Argentina, Paraqvay, Boliviya, Çili və  Uruqvayda səfiri
  4. Vəhdət Sultan-zadə - Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri
  5. Zakir Həşimov - Azərbaycanın Qazaxıstandakı səfiri
  6. Murad Nəcəfbəyli - Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
  7. Həsən Zeynalov - Azərbaycanın İstanbulda baş konsulu
  8. Rəşad Məmmədov – Azərbaycanın Aktauda baş konsulu 

Müəllif | Apa.Tv
Apa.tv