Suriyaya yardım aparan Türkiyə karvanı bombalandı: çoxlu sayda ölən və yaralanan var
Suriyada qaçqınlara yardım aparan yük maşınlarına hava hücumu olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hələbdə baş verən hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb, 20 yük maşını isə yanıb.
Suriya müxalifətinin nəzarətində olan bölgədə yerləşdirilmiş qaçqınlara yardım aparan yük maşınlarının olduğu bölgəyə havadan zərbə endirilib. Nəticədə 7 sürücü ölüb, 10 nəfər isə yaralanıb. Yük maşınlarına da ciddi ziyan dəyib.
Suriya müxalifəti hava zərbələrinin Rusiyaya məxsus qırıcılar tərəfindən endirildiyini iddia edir.
Humanitar yardım karvanının əlaqələndiricisi Mustafa Özbək isə yardım karvanına kimin hücum etdiyini bilmədiyini deyib.