Olland: "Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması məsələsini Fransa prezidenti Fransua Ollandla müzakirə edib.

 

APA TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki lider arasında telefon danışığı olub.

 

Telefon söhbətinin müzakirə mövzusu Rusiya təyyarəsinin vurulması və bu hadisədən sonra yaranmış gərginlik olub. Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı Türkiyə tərəfinin mövqeyini fransalı həmkarına çatdırıb.

 

Fransua Olland Türkiyənin milli suverenliyini, özünümüdafiə hüququnu dəstəklədiyini bəyan edib.

 

İki liderin bölgədə gərginliyin artmasına yol verilməməli olduğunu bildirdiyi telefon söhbətində Suriyada siyasi keçid dövrünün təmin edilməsi baxımından diqqətin İŞİD-lə mübarizəyə yönəldilməsinin vacibliyini vurğulanıb. 

Müəllif | Apa.Tv
Apa.tv