Qubada maşın dərəyə aşdı

Ötən gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunda yol-nəqliyyat hadisəsi bas verib.

 

APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Mirzəmməd kəndi ərazisində qeydə alınıb.

 

Quba rayonunun Mirzəmməd kənd sakini, 21 yaşlı Şıxmurad Baxışovun idarə etdiyi “NİVA” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, 21 yaşlı Məftun Qəribov xəsarət alıb.

 

Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv