Bakıda "NİVA" ailə başçısını vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

 

Bir ailənin üç üzvü yolu keçmək istəyərkən Məhəmməd Xəlilovun idarə etdiyi "NİVA" markalı avtomobil ailə başçısı İlqam Abdıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin məlumata görə, İlqam Abdıyev, həyat yoldaşı və qızı yolu keçərkən "NİVA" markalı avtomobil sürətlə onlara yaxınlaşıb. Həyat yoldaşı və qızı yolun kənarına çıxsa da, İlqam Abdıyev qaçaraq yolu keçməyə cəhd göstərib. "NİVA"nın sürücüsü isə idarəetməni itirib və nəticədə piyada vurulub.

 

İlkin ehtimala görə, hadisəyə yolun  qaranlıq  olması  səbəb  olub. Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv