Rusiya aviasiyası daha bir itki verdi

Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopteri qəzaya uğrayıb.

 

APA TV-nin rus saytlarına istinadən verdiyi məlumata görə, qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb. Hadisə barədə müvafiq orqanlara məhz həmin sərnişinlər xəbər verib.

 

Helikopterdə ümumilikdə 26 nəfərin olduğu bildirilir. Olay yerinə axtarış-xilasetmə qrupları göndərilib.  

Müəllif | Apa.Tv
Apa.tv