Dollar yenidən bahalaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0511 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən günə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1, 1164 manatdır.
Rusiya rublunun məzənnəsi isə dəyişməyib. Hazırda 1000 rublun rəsmi kursu 16 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.