"Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" mövzusunda konfrans keçirildi

"Azərbaycanın müstəqilliyinin ilk elan edildiyi vaxtda gedən mübarizədə Türkiyənin sıxıntılı bir vaxtında heç bir fədakarlığı əsirgəmədən Azərbaycana köməyə gəlməsi qardaşlıq münasibətlərimizin nə qədər güclü olduğunu göstərir". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda o şanlı tarixə şahidlik edən 8 şəhidlik və 16 məzarlıq var.

 

Səfir 2 il sonra Çanaqqala savaşının 100 illiyinin qeyd olunacağını deyib və həmin il ermənilərin qondarma “soyqırımı”n 100 illiyini qeyd edəcəyini xatırladıb.

 

İsmayıl Alper Coşqun ümid etdiyini bildirib ki, bütün tarixi hadisələr Azərbaycanın və Türkiyənin təklif etdiyi kimi arxiv materialları əsasında araşdırılacaq.

 

“Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq konfrans Azərbaycan Diplomatik Akademiyası, Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

 

ADA-nın rektoru Hafiz Paşayev tədbirin təşkilini yüksək qiymətləndirib və konfransa uğurlar arzulayıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun çıxışından sonra konfrans panel müzakirələri ilə davam edib. 

Müəllif | Apa.Tv