"Ən-Nusra Cəbhəsi" 42 Suriya hərbçisini edam etdi

"Al-Qaida" terror təşkilatının Suriya qolu olan "ən-Nusra Cəbhəsi" 42 Suriya hərbçisini edam edib.

 

APA TV-nin xəbərinə görə, yayılan görüntülər edamın professionallığı və təbliğat gücü baxımından İŞİD terror təşkilatının edamlarından geri qalmadığını göstərir.

 

"Ən-Nusra"nın edam etdiyi hərbçiləri Əbu Zuhur hərbi bazasını ələ keçirdiyi zaman əsir götürdüyü bildirilir. İdlibdəki Əbu Zuhur hərbi aeroportu sentyabr ayında "ən-Nusra" və müttəfiqləri tərəfindən şiddətli döyüşlərdən sonra ələ keçirib.

 

Qeyd edək ki, güclü qum fırtınasına görə Suriya təyyarələrinin müdaxilə edə bilmədiyi döyüşlərdə aralarında zabitlərin də olduğu çoxlu sayda Suriya hərbçisinin "ən-Nusra" tərəfindən əsir alındığı bildirilmişdi.

Müəllif | Apa.Tv
Apa.tv