Bakıda avtobus otelin hasarına çırpıldı: 2 ölü, 4 yaralı
Xəsarət alan 4 nəfər sərnişini xəstəxanaya hadisə şahidləri catdırıblar. Qəza nəticəsində ölən avtobusun sürücüsü 1978-ci il təvəllüdlü Fizuli Əziz oğlu Allahverdiyev və sərnişin Qəhrəman Məmmədovu isə salondan yaxınlıqda xidmətdə olan Post Patrul xidmətinin əməkdaşları cıxarıblar.
İnspektorun APA TV -yə verdiyi məlumata görə, belə ehtimal olunur ki, 120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü qarşısında gedən evakuator xidməti gostərən qoşqulu avtomobillin yol ayrıcından dönəcəyini gözləməyib. Ara məsafəsi az olduğundan sürücü sükanı sağa çəkmək məcburiyyətində qalıb. Magistral yolda sürət həddi də yüksək olduğundan idarə etməni itirib. Əvvəl çırpıldığı daş hasar ucub, daha sonra “Ramada” hotelinin ərazisindəki bir necə ağac yerindən cıxıb.
Qəza nətıcəsində xəsarət alan 47 yaşlı Famil Abbasov, 53 yaşlı Arif Əliyev, 54 yaşlı Əhməd Teyyubov Klinik Tibbi Mərkəzə, 1950-ci il təvəllüdlü Rza RamazanovTravmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdiriliblər.