Salyanda 4 otaqlı ev külə döndü

Salyanda yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə ötən gecə Salyan şəhərinin Elçin İmanov küçəsində qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 48 yaşlı Hakim Bağırova məxsus fərdi yaşayış evi qəfildən alovlanmağa başlayıb. Yanğın zamanı evdə heç kim olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə dərhal 3 yanğınsöndürən maşın və  canlı qüvvə cəlb edilib.

 

Yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 1 aynabənd və 4 otaqdan ibarət ümumi sahəsi 121 kvadrat metr olan fərdi yaşayış evi içindəki əşyalarla birgə yanaraq kül olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv