İsmayıllı sakini həyat yoldaşını bıçaqladı

İsmayıllı rayonunda kişi həyat yoldaşını bıçaqlayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Hacıhətəmli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1991-ci il təvəllüdlü Nicat Naməddin oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Kərimova Kəmalə Əliyusif qızını bıçaqlayıb. Kəmalə Kərimova təcili olaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasına aparılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.

 

İki uşaq anasının hansı səbəbdən bıçaqlandığı hələ ki, tam məlum deyil. Hadisəni törədən Nicat Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov