MTN-də növbəti kadr dəyişikliyi: Elçin Quliyev işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyində (MTN)  növbəti kadr dəyişikliyi baş verib.

 

MTN İctimai Əlaqələr İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin müvafiq əmri ilə MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunub.  O, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

 

Qeyd edək ki, E.Quliyevin işdən azad edilməsi barədə məlumatı haqqın.az yayıb.

Müəllif | Apa.Tv
Apa.tv